Modern.az

Vaxtı keçmiş şəxsiyyət vəsiqəsilə də seçkidə səs vermək mümkün olacaq

Vaxtı keçmiş şəxsiyyət vəsiqəsilə də seçkidə səs vermək mümkün olacaq

2 Noyabr 2010, 23:30

Oktyabrın 2-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib.
MSK-nın mətbuat xidmətindən bildirilib ki, iclasda əvvəlcə 2010-cu noyabrın 7-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə səsvermə üçün şəxsiyyət vəsiqələrindən istifadəyə dair məsələyə baxılıb.
MSK seçkilərdə iştirak edən Azərbaycan Respublikasının vətəndaşlarına aktiv seçki hüquqlarının həyata keçirilməsi üçün dəyişdirilməmiş şəxsiyyət vəsiqələrdən heç bir məhdudiyyət olmadan istifadə etmək imkanı yaradılması barədə qərar qəbul edib.
İclasda Milli Məclisə keçirilən seçkilərlə bağlı Mərkəzi Seçki Komissiyasına daxil olmuş müraciətlərə də baxılıb. Müraciətlər aidiyyəti üzrə araşdırılması üçün müvafiq dairə seçki komissiyalarına göndərilib.
Komissiyanın iclasında cari məsələlərə də baxılıb.

 

Sizə yeni x var
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə