Modern.az

“Kənd evləri”ndə camaat Azay Quliyevi elliklə qarşılayıb (FOTOSESSİYA) ®

 “Kənd evləri”ndə camaat Azay Quliyevi elliklə qarşılayıb (FOTOSESSİYA) ®

Təhsil

3 Noyabr 2010, 10:59

46 saylı Şirvan seçki dairəsindən Milli Məclis deputatlığına namizəd Azay Quliyev seçiciləri ilə növbəti görüşünü keçirib. Şirvan şəhərinin “Kənd evləri” adlanan yaşayış massivində yerləşən 5 saylı məktəbin qarşısındakı meydana toplaşmış seçici izdihamı Azay Quliyevi böyük coşqu və hərarətlə qarşılayıb.

Mitinqdə çıxış edənlər bildiriblər ki,  “Azay Quliyev son 5 ildə şirvanlıları Milli Məclisdə layiqincə təmsil etməklə bərabər, həm də Azərbaycanın haqq səsinin beynəlxalq təşkilatlara çatdırılmasında önəmli rol oynayıb.
"Belə ki, ATƏT Parlament Assambleyasının üzvü kimi, Azay Quliyev dünyanın müxtəlif ölkələrində Azərbaycanı layiqincə təmsil edib, mötəbər siyasi məclislərdə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı milli maraqlarımızı müdafiə edib. Azay Quliyevin deputatlıq fəaliyyətini ürəkdən bəyənir və onunla fəxr edirik. Bu gün heç bir şirvanlı seçiminə görə  peşman deyil”.

Mikrofon önündə bir daha gurultulu alqışlarla qarşılanan deputatlığa namizəd Azay Quliyev seçiciləri ilə təmasdan böyük məmnunluq duyduğunu deyərək, onlara öz təşəkkürünü bildirib. Seçicilərinin mövcud problemlərinin həllini öz platformasının əsas qayəsi hesab edən deputatlığa namizəd qarşıdan gələn illərdə də bu işləri öz səlahiyyətləri çərçivəsində daha uğurla davam etdirəcəyinə əminlik ifadə edib.  
Azay Quliyev onun seçkiqabağı görüşlərində fəal iştirak edən şirvanlıları 7 noyabr 2010-cu ildə də eyni fəallıqla seçki məntəqələrinə gəlib, layiq bildikləri namizədə səs verməyə çağırıb. 

 

 

 

 

 

 

 


Seçki qərargahı
Whatsapp
Bizə yazın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə