Modern.az

Türkiyənin müdafiə naziri: “Azərbaycanla müdafiə sahəsində əməkdaşlığımız daim dərinləşir...”

Türkiyənin müdafiə naziri: “Azərbaycanla müdafiə sahəsində əməkdaşlığımız daim dərinləşir...”

Təhsil

3 Noyabr 2010, 13:33

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Türkiyə Respublikasının müdafiə naziri Vecdi Gönülün başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Dövlət başçısı Azərbaycan ilə Türkiyə arasında əlaqələrin bütün sahələrdə, o cümlədən müdafiə sahəsində uğurla inkişaf etdiyini vurğulayıb.
Türkiyənin müdafiə naziri Vecdi Gönülün rəhbərliyi ilə böyük nümayəndə heyətinin ölkəmizə səfərinə toxunan prezident İlham Əliyev səfər zamanı bu sahədə əlaqələrin daha da genişləndirilməsi ilə bağlı ətraflı fikir mübadiləsi aparılacağına ümidvar olduğunu deyib. Dövlət başçısı Azərbaycan ilə Türkiyə arasında müdafiə sahəsində əməkdaşlığın bundan sonra da möhkəmlənəcəyinə əminliyini bildirib.

Vecdi Gönül Türkiyə Respublikasının prezidenti Abdulla Gülün və baş nazir Rəcəb Tayyib Ərdoğanın salamlarını İlham Əliyevə çatdırıb. O, Türkiyə ilə Azərbaycan arasında müdafiə sahəsində əməkdaşlığın daim dərinləşdiyini vurğulayaraq bu sahədə əlaqələrin bundan sonra da möhkəmlənəcəyinə əminliyini ifadə edib.
İlham Əliyev  Türkiyə Respublikasının prezidenti Abdulla Gülün və baş nazir Rəcəb Tayyib Ərdoğanın salamlarına görə minnətdarlığını bildirib və onun da salamlarını Türkiyənin prezidentinə və baş nazirinə çatdırmağı xahiş edib.  

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə