Modern.az

Jalə Əliyeva görüşlərini davam etdirir ®

Jalə Əliyeva görüşlərini davam etdirir  ®

Təhsil

3 Noyabr 2010, 14:16

92 saylı Zərdab-Ucar seçki dairəsindən deputatlığa namizəd  Jalə Əliyeva noyabrın 1-də Zərdab rayonunun Ağabağı, Şıxbağı, Kəndəbil, Nəzəralılı, 2 noyabr tarixində isə rayonun Məlikli, Burunlu kəndlərində seçiciləriylə görüşmüşdür.
Bu kəndlərin sakinləri, deputalığa namizədi  böyük bir mehribanlıqla və razılıqla qarşılamış, ötən beş ildə hər bir seçicisinə qarşı dürüst və səmimi olduğu üçün, onları hər zaman səbrlə dinləyib, onlara diqqət və qayğı göstərdiyi üçün, onların səsinin, sözünün tribunasına çevrildiyi üçün  təşəkkür etmişlər.

Xüsusilə bu ilin yaz aylarında Kür çayının daşması nəticəsində böyük  fəlakətlə qatşılaşan Ağabağı, Şıxbağı, Kəndəbil, Nəzəralılı camaatı həmin çətin günlərdə onları  tək qoymayaraq, bu kəndlərdə su basmış həyətlərə bir-bir baş çəkən, problemlərin qısa zamanda  aradan qaldırılması üçün yerindəcə əlaqədar təşkilatlara müraciət edən, Kürətrafı bəndbərkitmə işləriylə şəxsən tanış olan, ümumiyyətlə həmin günlərdə hər an seçicilərinin yanında olan millət vəkilinə minnətdarlıqlarını bildirmişlər.

Görüşlərdə çıxış edənlər seçimlərinin bir daha Jalə Əliyeva olduğunu bəyan etmiş, beş il bundan əvvəl olduğu kimi, yenə də ona səs verəcəklərini bildirmişlər. Bununla da Jalə Əliyeva kəndlərdə görüşlərini başa çatdırmışdır. Önümüzdəki üç gün ərzində isə Jalə Əliyeva rayon mərkəzində, şəhərin idarə və müəssisələrinin kollektivləri, təhsil, səhiyyə və  mədəniyyət işçiləri, rayon fəalları və ağsaqqallarla rayon mədəniyyət evində görüşlər keçirəcəkdir.

 

 

 

 

 

 

 


Seçki qərargahı
 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə