“Şahsevənlər inandıqlarına sədaqətli, seçdiklərinə sadiq, sözlərinə möhkəm adamlardır, - bunu Aydın Abbasovla görüşə gələn bir ağsaqqal dilə gətirdi və əlavə etdi, - Heç narahat olma, Aydın. Möhkəm ol, başladığın işi davam et. Bizdən arxayın ol”. Buna bənzər sözlər Aydın Abbasovla görüşlərdə tez-tez səslənir. Lakin ən başlıcası odur ki, bu cür sözləri ağsaqqal və ağbirçək, həm gənc oğlan və qız, kiçikdən böyüyüdək hamı dilə gətirir.
Gəncənin Nəvai küçəsində xüsusi evlərin birində yer alan 37 saylı Nizami Birinci (gəncə) seçki dairəsində Milli Məclis deputatlığına namizəd Aydın Abbasovla görüşə gələn insanların bura ardı-arası kəsilmirdi. Hətta yer çatmaması ucbatından görüşü uzaqdan seyr etməyə məcbur olanlardan inciyəndə oldu. “Bizim Aydına ürək sözümüz var. Biz də ona öz dəstəyimizi bildirmək istəyirik”, - dedilər onlar.
Lakin Aydın Abbasovun sözü ilə desək: “Mən Gəncəlilərin isti və qayğıkeş münasibətini daima hiss edirəm. Onların qarşısında ba. əyirəm və məhsuliyyətimi dərk edirəm. Bilirəm ki, bu insanlar ikiüzdlüyü, bü gün birinin, sabah isə digərinin ətəyindən yapışanları da yaxşı tanıyırlar. Mən həmişə bir amala, ailəmin yekdil seçiminə - Heydər Əliyev - İlham Iliyev siyasi kursuna sadiqəm. Və əminəm ki, Gəncəlilər də mənimlə həmfikir və həmrəydirlər. Biz birgə gözəl sabaha inamla addımlayırıq. Çox qısa bir zamanda Azərbaycanda bütün problemlər həll olunacaq və insanlar bügünkündən də firavan və çoxbəxt olacaqlar. Ən başlıcası – bir dəfə seçdiyimiz yoldan dönməməkdir”.