Modern.az

Səbail seçiciləri özlərini xoşbəxt sayırlar...

Səbail seçiciləri özlərini xoşbəxt sayırlar...

Təhsil

3 Noyabr 2010, 16:27

Deputatlığa namizəd Fuad Muradovun seçicilərlə görüşləri davam edir. Noyabrın 1-də 29 saylı Səbail seçki dairəsindən Milli Məclisə namizədliyini irəli sürən Fuad Muradov rayonun Qurban Abbasov, Ş. Allahverdiyev Badamdar qəsəbəsi Nefçilər küçəsi 9, ünvanlarının sakinləri ilə görüş keçirib. Yüzlərlə seçicinin qatıldığı görüşlərdə bildirilib ki, Fuad Muradova bir daha etimad göstəriləcək.  Deputatlığa namizəd seçiciləri qarşısında çıxış edərək ötən 5 ildə hər zaman onların yanında olduğunu qeyd edib. Növbəti dəfə Parlamentdə onları təmsil etmək istədiyini açıqlayıb. Bildirib ki, istər sosial, istərsə də hüquqi baxımdan həmişə seçicilərə yardımçı olub və seçiləcəyi təqdirdə bunu davam etdirəcək. Seçicilər isə gənc və enerjili deputatları olduğu üçün özlərini xoşbəxt saydıqlarını diqqətə çatdırıblar. Sonra deputatlığa namizəd sakinlərin problemləri ilə maraqlanıb. Görüşə gələ bilməyən yaşlı insanlara baş çəkib.

Təqvim planına uyğun olaraq noyabr ayının 2-də Səbail rayonu Nasosnu küçəsi və Badamdar yolu 223225 ünvanlarının sakinləri ilə görüş keçirilib. Çoxsaylı seçicilərin iştirakı ilə baş tutan görüşlərdə Fuad Muradov sakinlər qarşısında çıxış edərək öz platformasını təqdim edib. Bildirib ki, qarşıdakı 5 il ərzində görüləsi işlər var. «Mənə etimad etdiyiniz təqdirdə sizin sosial, hüquqi və digər problemlərinizin həlli istiqamətində fəaliyyətimi davam etdirəcəyəm».
Deputatlığa namizəd qeyd edib ki, Səbail sakinləri gəncliyə, onlarla birgə işləyən insana səs verəcəklər.

Seçicilər adından çıxış edən Səbail sakini Məhərrəm Əhmədov bildirib ki, yenidən Fuad Muradovu millət vəkili seçməklə öz gələcəyimizə səs vermiş olacağıq.

Görüşdə deputatlığa namizəd sakinləri narahat edən bir sıra məsələləri araşdırıb. Milli Məclisə üzv seçiləcəyi təqdirdə həmin problemlərin həlli istiqamətində çalışacağını bildirib.

 

 

 

 

 



Seçki qərargahı
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə