Modern.az

"Şərq"in baş redaktoru Akif Aşırlı 104 saylı dairənin seçicilərinə müraciət etdi

"Şərq"in baş redaktoru Akif Aşırlı 104 saylı dairənin seçicilərinə müraciət etdi

Təhsil

3 Noyabr 2010, 18:04

- Əziz həmyerlilərim, bacı və qardaşlarım!

Əzəli türk yurdunun övladları, Gədəbəy və Tovuz əhli həmişə açıqfikirliyi, mərdliyi, dövlətə, dövlətçiliyə bağlılığı ilə seçilib. Gədəbəy və Tovuz Azərbaycanın milli-mənəvi abidələri olan mütəfəkkirlərin, böyük şəxsiyyətlərin, üləmaların, filosofların, şair və yazıçıların ana yurdudur. Təbiətin bu yurdun insanlarına bəxş etdiyi ucalıq həmişə Azərbaycanımızı da ucaldıb.

Onu deyim ki, uşaqlıq illərimin 4 ili Gədəbəydə, onun gözəl yaylaqlarında keçib. Böyük və Kiçik Qaramuradı, İvanovka və Saratovkanı, Çili, Şurabatı, Şınıxın para kəndlərini, onların sadə, təvazökar insanlarını xatırlayıram, yolum düşdükcə bu yerlərə baş çəkirəm. Əziz həmyerlilərim, qarşıdan Sizi Azərbaycanın mühüm siyasi tarixi hadisəsi gözləyir. Noyabrın 7-də növbəti dəfə parlament seçkiləri keçiriləcək. Gədəbəy və Tovuz da öz seçimin etməlidir.

Əziz həmyerlilərim!

Sizi 5 il parlamentdə təmsil edən, dünyanın bir çox ölkələrində keçirilən beynəlxalq konfranslarda, toplantılarda Azərbaycanın milli maraqlarını öndə tutan, ləyaqətli insan Nazim Məmmədova dəstək olmağa çağırıram. Nazim Məmmədov fəaliyyəti dövründə Gədəbəyin adını uca tutdu, bu ada xələl gətirmək istəyənlərə mərdanə cavablar verdi. Noyabrın 7-də məhəllə-məhəllə, kənd-kənd, dəstə-dəstə seçki məntəqələrinə gəlib ləyaqətli eloğlumuz, öz intellekti, biliyi və bacarığı ilə seçilən, adınızı ucaldan Nazim Məmmədova səs verməyə çağırıram. Tanrı Sizi qorusun.

Dərin hörmətlə, Akif Aşırlı

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə