Modern.az

Milli Ordu daha bir əsgərini itirib

Milli Ordu daha bir əsgərini itirib

4 Noyabr 2010, 15:06

Azərbaycan Ordusu daha bir itki verib. Xəzər rayon Hərbi Komissarlığından ANS-ə verilən məlumata görə, bu ilin iyul ayında həqiqi hərbi xidmətə çağırılan 22 yaşlı Ramiş Oktay oğlu Atakişiyev dünən axşam Saatlı rayonunda yerləşən hərbi hospitalda ölüb.

Ağdam rayonunda yerləşən “N” saylı hərbi hissədə qulluq edən əsgərin meyiti artıq anadan olduğu Xəzər rayonunun Binə qəsəbəsinə gətirilib. Əsgər boğaz nahiyəsində olan xəstəliklə əlaqədar olaraq Saatlıda yerləşən hospitala yerləşdirilibmiş, həkimlərin müdaxiləsinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Əsgərin yaxınlarının  bildirib ki, R.Atakişiyev Aviasiya Akademiyasının məzunu olub.

Faktla bağlı Müdafi Nazirliyinin mətbuat xidmətindən məlumat öyrənmək mümkün olmayıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə