Modern.az

Seçki bülletenlərində 688 nəfərin adı var..

Seçki bülletenlərində 688 nəfərin adı var..

5 Noyabr 2010, 16:51

Milli Məclisə keçiriləcək seçkilərdə iştirak etmək üçün 1412 iddiaçı imza vərəqi götürüb və yalnız 1115 nəfər imza toplayaraq imza vərəqələrini digər sənədlərlə birlikdə dairə seçki komissiyalarına (DSK) təqdim edib. Modern.az-ın məlumatına görə,  bu barədə MSK-nın açıqladığı hesabatda qeyd edilib.
İmza vərəqələrini geri qaytaran bu iddiaçılardan 72 nəfəri hələ sənədləri DSK tərəfindən baxılmazdan əvvəl namizədlikdən imtina edib və beləliklə DSK-lar 1043 namizədin sənədlərinə baxıb. 
738 iddiaçı namizəd qismində qeydə alınıb. Lakin təqdim etdiyi sənədlərdə yol verilmiş ciddi qanun pozuntuları, o cümlədən gəlir mənbələrinin, əmlakla bağlı məlumatın qeyri-dürüstlüyü, əlavə olaraq, imza vərəqələrində yol verilmiş və xəbərdarlıqlar olunmasına baxmayaraq aradan qaldırılmamış qusurlar səbəbindən 302 nəfərin namizədliyinin qeydə alınması mümkün olmayıb.  Qeydə alınmış namizədlərin 53 nəfəri öz ərizələri ilə namizədliyini geri götürüb və yekunda 688 nəfər namizədin adı seçki bülletenlərinə daxil edilib. Deputatlığa namizədlərin 94 nəfəri qadındır.

Modern.az
 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə