Modern.az

Rəşad Sadıqov "Fənərbaxça"ya qarşı...

Rəşad Sadıqov "Fənərbaxça"ya qarşı...

6 Noyabr 2010, 13:13

Azərbaycanlı futbolçu Rəşad Sadıqovun forma geydiyi Türkiyənin “Eskişəhərspor” klubu bu gün Superliqada növbəti qarşılaşmasına çıxacaq.

"Eskişəhərspor"lular bu gün İstanbulda “Fənərbaxça” ilə qarşılaşacaq. Rəşad Sadıqovun forma geydiyi üç qarşılaşmada da meydandan xalla ayrılan “Eskişəhərspor” çətin İstanbul səfərindən də başıuca dönmək istəyir.

Sözügedən üç qarşılaşmanın ikisində qələbə qazanan, birində isə heç-heçəylə kifayətlənən Bülənt Uyğunun komandası bu dəfə “Fənərbaxça” ilə səfər qarşılaşmasından xal qoparmağa çalışacaq. Rəşad Sadıqovun bu matçda da əsas heyətdə meydana çıxacağı gözlənilir. 
Xatırladaq ki, hazırda “Eskişəhərspor”un 10 xalı var və turnir cədvəlinin 14-cü pilləsində qərarlaşıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə