İranda zəlzələ baş verib, 80 nəfər yaralı var. Modern.az saytı xəvəır verir ki, İranın rəsmi xəbər agentliyi İRNA-nın məlumatına görə, Loristan əyalətinin tərkibindəki Durud şəhərində yerli vaxtla 09:22 radələrində Rixter şkalasına görə 4,9 bal gücündə zəlzələ baş verib. Yaralılardan 55 nəfərə hadisə yerində ilk tibbi yardım göstərilib.
Bundan əlavə, Qərbi Azərbaycan əyalətində və Məşhəddə də 4 bal gücündə zəlzələ baş verib, İnsan və mal tələfatının olmadığı açıqlanıb.