Prezident İlham Əliyev noyabrın 6-da Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurası sədrinin müavini, MDB Parlamentlərarası Assambleyanın müşahidəçilər qrupunun əlaqələndiricisi Svetlana Orlovanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. (AzərTAc)
Görüşdə Azərbaycanda keçiriləcək parlament seçkilərinə hazırlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.