Müqəddəs Məkkə şəhərində türk məhəlləsi salınacaq. Modern.az saytının Türkiyə KİV-nə istinadən verdiyi xəbərə görə, müsəlmanların ən müqəddəs məkanı olan Məkkədə Zəmzəm qalasının axra hissəsində 22 göydələn ucaldılacaq. Ərazinin 62 min 262 kvadrat metri isə türklərə ayrılacaq. Burada “Türk məhəlləsi” adı altında 8 bina inşa ediləcək.
10 min 886 yer üçün nəzərdə tutulan qüllələrdə lüks şərait yaradılacaq. Göydələnlərdə xəstəxana, alış -veriş mərkəzi, yığıncaq mərkəzləri və digər bu kimi xidmətlərin göstərilmsi üçün şərait yaradılacaq. Göydələnlər yalnız türk hacılar üçün nəzərdə tutulub. Sözügedən layihənin üç ilə bitməsi gözlənilir.