Deputatlığa namizəd Fuad Muradovun seçki qərargahından bildiriblər ki, 29 saylı Səbail seçki dairəsindən deputatlığa namizəd Həsən Kərimov adıçəkilən dairənin 1 saylı məntəqəsinə gəlib. Bu hadisə ilə əlaqədar akt tərtib edilib. Aktda bildirilir ki, deputatlığa namizəd Həsən Kərimov məntəqəyə daxil olub AXCP-nin müşahidəçisi Əzizov Amin Mahir oğluna yaxınlaşıb və ona suallar verib. Vəziyyətin necə olduğu haqqında məlumat alıb.
"19 və 30 saylı məntəqəyə də Həsən Kərimov gəlib. Hadisə aktlaşdırılıb. Qeyd edək ki, bu hal qanunla qadağan olunmuş addım atan namizədi ordan uzaqlaşdırıblar. Elə həmin məntəqədə Həsən Kərimovun ziyarətindən sonra bir dəstə adam peyda olub. Müxalifətin nümayəndələri həmin «karuseli» «tutub». Araşdırıldıqdan sonra məlum olub ki, həmin adamlar Həsən Kərimov tərəfindən öyrədiliblər. Guya bu adamlar «karusel əməliyyatı üçün» istifadə olunan adamlardır. Hadisə aktlaşdırılıb. Hadisəyə münasibət bildirən Həsən Kərimov «Azadlıq» radiosuna aşıqlamasında bildirib: «Mənim adamım hardaydı ki, “karusel” keçirəydim». Məntəqələri gəzməkdə davam edən Həsən Kərimov 17 saylı məntəqəyə də gəlib. Müşahidəçilər tərəfindən bu fakt da aktlaşdırılıb".