AXCP-Müsavat siyasi partiyalar blokunun seçki qərargahı saat 14.30-a olan məlumatında bildirir ki, 15 saylı Yasamal birinci seçki dairəsinin 17 saylı seçki məntəqəsində 3 nəfər saxta şəxsiyyət vəsiqəsi ilə səs verən zaman tutulub:
“2 saylı seçki məntəqəsində Hövsan qeydiyytında olan şəxs səs verib. Seçki məntəqəsində qeydiyyat yoxlanılmadan, barmağa maye vurulmadan bir nəfərə bülleten verilib və buna məntəqə üzvləri şərait yaradıblar. Həmin seçki məntəqəsinin sədri Quliyev Əlixan Qədir oğlunun əlindəki qəzetin arasında bülletenlər tutulub. Seçki məntəqəsində məşvərətçi səs hüquqlu komissiya üzvü Emin Məmmədova məntəqənin çölündə namizəd Etibar Hüseynovun adamları hədə-qorxu gəliblər.
15 saylı Yasamal birinci seçki dairəsinin 10 və 11 saylı seçki məntəqələrində də “karusel əməliyyatı” tam gücü ilə davam edib. Blokun müşahidəçilərinin verdiyi məlumata görə, bütün qanun pozuntuları aktlaşdırılıb.
120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsinin 2 saylı seçki məntəqəsindən məşvərətçi səs hüquqlu komissiya üzvü çıxarılıb.
10 saylı Binəqədi üçüncü seçki dairəsinin 21, 22, 23, 25 və 26 saylı məntəqələrində özbaşınalıqlar davam edir. Müşahidəçilərin fəaliyyətinə şərait yaradılmır. Topa bülleten atmaq cəhdləri davam edir.
89 saylı Göyçay-Ağdaş seçki dairəsinin 20 saylı məntəqəsində icra nümayəndəsi və bələdiyyə sədri məntəqənin qarşısında duraraq seçiciləri hakimiyyət namizədinə səs verməyə məcbur edirlər.
Saat 15.15-ə olan məlumata görə, 90 saylı Ağdaş seçki dairəsinin 5 saylı məntəqəsinin sədri Çələbiyeva Natella topa bülletenləri qutulara atılmasına şəxsən özü başçılıq edib: “Eyni işi 7 saylı məntəqənin sədri Qasımova Fəridə də həyata keçirir".