Modern.az

Fuad Muradovun qərargahı: “Səbaildə Həsən Kərimovun adamları seçkini pozmaqda davam edir”

Fuad Muradovun qərargahı: “Səbaildə Həsən Kərimovun adamları seçkini pozmaqda davam edir”

7 Noyabr 2010, 17:08

29 saylı Səbail seçki dairəsində AXCP-Müsavat blokundan namizəd olan Həsən Kərimovun özü ilə yanaşı, tərəfdarları da qanun pozuntularına yol verir. Bu barədə həmin dairədən deputatlığa digər namizəd Fuad Muradovun qərargahı məlumat yayıb.
Məlumatda bildirlib ki, 29 saylı dairənin 1 saylı məntəqəsində saat 14:05 radələrində AXCP-dən olan müşahidəçi Məmmədov Nurəddin Musa oğlu məntəqəyə daxil olub və özü ilə bərabər bir qrup şəxsi səs verməyə gətirib.
”Məlum olub ki, həmin adamlar Səbail rayon sakinləri deyillər. Hətta həmin şəxslərdən biri məntəqəyə təhkim olunmuş nəzarətçi Afət Musayevaya yaxınlaşaraq Həsən Kərimova səs verməyə gəldiyini bildirib. Həmin adamın Tovuz rayon sakini olduğu aşkarlanıb.
Qanunu pozmağa çalışan şəxslər dərhal komissiya sədri və müşahidəçilər tərəfindən məntəqədən kənarlaşdırılıb. Məntəqə sədri, katibi və 7 müşahidəçinin imzası ilə akt tərtib olunub”.

 

Sizə yeni x var
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə