Yeni Azərbaycan Partiyası “seçki xəbərləri” adı altında rəsmi saytında yerləşdirdiyi məlumatlarda 22 saylı Nəsimi seçki dairəsində qalmaqaldan məlumat verib.
Modern.az hakim partiyanın saytına istinadən bildirir ki, deputatlığa namizəd Pənah Hüseynin qızı Aybəniz Hüseyn saat 15.15 radələrində 22 saylı Nəsimi seçki dairəsinin 19 saylı seçki məntəqəsinə gələrək, səsvermə prosesini pozmağa yönəlmiş kobud qanun pozuntularına yol verib. YAP bildirir ki, o, səsverməyə gələn seçiciləri təhqir etməkdən çəkinməyib.
"Hətta deputatlığa namizədin özü – Pənah Hüseyn də səsverməyə gələn seçicilərlə kobud davranıb. Lakin bütün bunlara baxmayaraq, 7 noyabr parlament seçkilərinin gedişini izləyən "AXCP – Müsavat" blokunun müşahidəçilərinin bir qismi yuxarıların mövqeyinin əksinə gedərək, haqq səsinə səs vermiş, səsvermə prosesində qanun pozuntusuna yol verilmədiyini və seçkilərin gedişindən razı qaldıqlarını etiraf etmişlər"-deyə YAP bildirib.