Modern.az

TürkPA missiyası seçkilərə qiymət verdi

TürkPA missiyası seçkilərə qiymət verdi

8 Noyabr 2010, 11:01

Azərbaycanda keçirilən parlament seçkilərini izləyən TürkPA nümayəndələri bu gün mətbuat konfransı keçiriblər. TürkPA missiyasının üzvü, Türkiyə Böyük Millət Məclisinin deputatı Mustafa Kabakçı Azərbaycanda seçkilərin demokratik və beynəlxalq standartlara cavab verdiyini bəyan bildirib.
O, qeyd edib ki, TürkPA seçkiləri beynəlxalq müşahidəçilərlə bir yerdə müşahidə edib. Səfər çərçivəsində missiya xarici işlər naziri Elmar Məmmədyarov və MSK sədri Məzahir Pənahovla görüşüb.
Mustafa Kabakçı qeyd edib ki, parlament seçkilərində Azərbaycandakı bütün siyasi və ictimai qüvvələr təmsil olunub, eyni zamanda beynəlxalq müşahidəçilərin fəaliyyəti üçün şərait yaradılıb: “Biz Xəzər, Nərimanov və Binəqədi rayonlarında seçkilərin gedişini izlədik. Yaradılmış şəraiti yüksək qiymətləndiririk. Müşahidə missiyası məntəqələrin açılışından bağlanışına, bülletenlərin sayılmasına qədər bütün prosesi izləyib. Seçki məntəqələrinin bir qismində seçkilərin canlı olaraq yeni texnologiyalar vasitəsi ilə internet üzərindən izlənməsinə, həmçinin məcburi köçkünlərə səsvermə imkanları yaradılıb. Seçki komissiyalarının işlərinə müdaxilələr olmayıb. “Exit-poll” keçirilməsi üçün zəruri işlər həyata keçirilib».
Qazaxıstan parlamentinin deputatı Amangeldi Mamışev də seçkiləri yaxından izlədiklərini, beynəlxalq müşahidəçilərə hər cür şərait yaradıldığını vurğulayıb. Qazaxıstanlı deputat bildirib ki, seçkilərin demokratik, qanunvericiliyin tələblərinə uyğun, heç bir insident olmadan keçirildiyini müşahidə ediblər: “Bəzi kiçik nöqsanlar da var ki, onlar seçkilərin nəticələrinə təsir göstərən hal sayıla bilməz”

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə