Modern.az

Müxalifətçi liderlərə neçə nəfər səs verib? (rəsmi rəqəmlər)

Müxalifətçi liderlərə neçə nəfər səs verib? (rəsmi rəqəmlər)

8 Noyabr 2010, 16:01

Parlament seçkilərində iştirak edən müxalifət partiyalarının sədrləri seçkilərdə səsvermə zamanı saxtakarılqlar olduğunu deyiblər. Modern.az müxalifət liderlərinin namizəd olduğu dairələrdə onlara verilmiş səslərin sayını sizə təqdim edir. Xatırladaq ki, bu rəqəmlər Mərkəzi Seçki Komissiyası tərəfindən elan edilib.  

Beləliklə 15 saylı Yasmal ikinci seçki dairəsi üzrə deputatlığa namizəd olan Müsavat Partiyasının başqanı İsa Qəmbərin xeyrinə 2341 səs verilib. Onun rəqibi olan “Lider TV”-nin əməkdaşı Etibar Hüseynov isə 6357 səs alıb.
 
31 saylı Suraxanı ikinci seçki dairəsi üzrə deputatlığa namizəd olan AXCP sədri Əli Kərimli vətəndaşların 2392 səsini qazanıb. Onun rəqibi Fərəc Quliyev isə 2847 səs verilib.  

42 saylı Sumqayıt ikinci seçki dairəsindən namizəd olan Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğluna 5079 səs verilib. Onun rəqibi Musa Qasımlı 8676 səs alıb.  

21 saylı Nəsimi birinic seçki dairəsi üzrə deputatlığa namizəd olan ADP sədri Sərdar Cəlaloğlu 1429 səs yığıb.

22 saylı Nəsimi ikinci seçki dairəsi namizəd olan AXP sədri Pənah Hüseyn 1819 səs, 23 saylı Nəsimi-Səbayıl seçki dairəsi üzrə namziəd olan ALP sədri Əvəz Temirxan 624 səs yazılıb.  

25 saylı Nizami seçki dairəsindən deputatlığa namizəd olan “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğluna 3056 səs, 30 saylı Suraxanı birinci seçki dairəsi üzrə namizəd Arif Hacılıya 1453 səs verilib.

Bu, MSK-nın elan etdiyi rəsmi rəqəmlər idi.

Modern.az  

Whatsapp
Bizə yazın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə