Modern.az

Vəfat edən zəvvar ailəsinin təkidilə bu axşam Bakıya gətiriləcək

Vəfat edən zəvvar ailəsinin təkidilə bu axşam Bakıya gətiriləcək

8 Noyabr 2010, 17:49

Həcc ziyarətinə gedən azərbaycanlı zəvvar, 71 yaşlı  Xanbala Atakişiyev noyabrın 6-da  Suriyanın Şam şəhərində müqəddəs yerləri ziyarət edərkən ürək tutmasından dünyasını dəyişib.

Zəvvarımızın cənazəsi bü gün Türk Hava Yollarına məxsus təyyarə ilə axşam saatlarında Bakıya gətiriləcək. Bu bardə Modern.az saytına Qafqaz Müsəlmanları İdarəsinin mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova məlumat verib.

İdarə sözçüsü qeyd edib ki, dini qaydalara görə müqəddəs Həcc ziyarətinə gedənlər rəhmətə getdikləri yerlərdə də dəfn oluna bilərlər: “Lakin Xanbala Atakişiyevin ailəsinin xahişini nəzərə alaraq onun cəsədi Bakıya gətirilir”.

R. Dadaşova onu da qeyd edib ki, rəhmətə gedən zəvvar rühi xəstə olmayıb və ürək tutmasından dünyasını dəyişib: “Onun ürəyində müəyyən problem olub”.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə