“Seçki marafonunda biz böyük bir komanda ilə iştirak etdik. Buna rəğmən üzərimizdə ciddi bir siyasi dəstək var idi. Həmçinin, insanlarla daha yaxından ünsiyyətdə olduq və minlərlə tərəfdar ordusu ilə bu prosesdə iştrak etdik”.
Bu fikirləri Modern.az saytına açıqlamasında 93 saylı Bərdə seçki dairəsindən deputat seçilmiş Zahid Oruc bildirib.
O, qeyd edib ki, seçki günü öz qərərgahı, nümayəndələri və müşahidəçilər vasitəsi ilə seçki prosesini izliyərkən onun son dərəcə normal keçdiyinin şahidi olub: “Həmçinin burada daha kənar müşahidəçilərin, eyni zamanda beynəlxalq təşkilatların, ayrı-ayrı dövlətlərin nümayəndələri də bu demokratikliyi və şəffaflığı qeyd etdilər. ATƏT-in xüsusi missiyası bir neçə məntəqədə fəal müşahidə apardı. Beynəlxalq müşahidəçilər həssaslıqla prosesi dərindən izlədilər və yekünda müsbət qiymətlər vermiş oldular. İlkin qiymətləndirmə, ilkin rəylər artıq parlament üzvlüyinə namizəd Zahid Oruc olaraq mənim seçildiymi göstərir. Mən bununla bağlı bütün Bərdə camaatına, insanlarına xüsusi təşəkkürümü bildirirəm. Onların hər birini əmin edirəm ki, qarşıdakı zamanda daha böyük enerji ilə, ruhla insanların etibarını özümdə saxlamağa çalışacam. Mən cənab Prezidentin rəhbərliyi altında bir parlamentari kimi gələcək dönəmdə Bərdənin quruculuğunda daha fəal iştrak edəcəm. Bu prosesdə iştrak edən digər tərəfləri, hətta məğlub olanları seçkini bir siyasi mübarizə kimi qəbul etməsini və həmin mübarizənin nəticələrini tanımasını istərdim. Eyni zamanda, bunun Bərdə camaatına hörmət və ehtiram olacağını xüsüsi qeyd eləmək istəyirəm. Minlərlə insanın çox normal bir mübarizədə iştrak edib öz mövqelərini ifadə etməsi mühüm bir nəticədi, yekündu. Düşünürəm ki, ilk olaraq mənim üzərimdə ciddi bir vəzifədir”.
Modern.az