Modern.az

Vitse-spiker AXCP-Müsavatın bəyanatına münasibət bildirdi

Vitse-spiker AXCP-Müsavatın bəyanatına münasibət bildirdi

8 Noyabr 2010, 20:02

Bahar Muradova: “Müxalifətin yenidən seçkilər keçirmək barədə səsləndirdiyiyi fikirlər tam əsassızdır”    


“Müxalifətin yenidən seçkilər keçirmək barədə səsləndirdikləri fikirlər, ifadələr tam əsassızdır.   Azərbaycanda seçkilər yüksək səviyyədə keçirilib. Şəffaf, demokratik yolla seçilən 125 dairənin  hər birinin millət vəkili artıq məlum olub”.
Bu sözləri Modern.az –a açıqlamasında Milli Məclisin vitse-spikeri Bahar Muradova AXCP-Müsavat seçki blokununu seçkilərin nəticələrini tanımamaqla bağlı bəyanatını şərh edərkən bildirib.

Onun sözlərinə görə, seçki kampaniyasında xırda pozuntular, nöqsanlar ola bilər. “Hər hansı bir dairədə təkrar seçkilərin keçirilməsinə bu və ya digər seçki nəticələrinə kölgə salmağa xidmət edən səbəbləri mən görmürəm”-deyə vitse-spiker vurğulayıb.

B.Muradova qeyd edib ki, parlament seçkiləri çox yüksək səviyyədə keçib və onu belə dəyərləndirir: “Respublikamızın hər bir yerində qanuni tələblər gözlənilən qaydada seçki keçirilib və nəticələr göz qabağındadır”.
Vitse-spiker yaxın zamanlarda parlamentin öz işinə başlayacağını və öz fünksiyalarını həyata keçirəcəyini bildirib.

Mərkəzi Seçki Komissiyasının və onun yerli qurumların fəaliyyətindən çox razı qaldığını deyən B.Muadova vurğulayıb ki, MSK çox operativ və çevik işləyib.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə