Modern.az

Corc Buş memuarlarında Azərbaycanla bağlı nə yazıb?

Corc Buş memuarlarında Azərbaycanla bağlı nə yazıb?

10 Noyabr 2010, 12:31

ABŞ-da 43 –cü prezident Corc Buşun memuarları dərc edilib. Kitab satışa 9 noyabrda daxil olub. “Qərarların verildiyi nöqtə” adlı kitabının satışa çıxması ilə əlaqadar keçmiş prezident  Ağ Evi tərk etdiyi zamandan bəri ilk dəfə olaraq  “NBC Nevs”-a müsahibə verib.

Müsahibədə Buş işgəncələ verilməsinə dair verdiyi qalmaqallı icazəsi barədə danışıb. O bildirib ki, “su işgəncəsi” adı verilmiş cəzanın tətbiqi barədə qərarı bunun qanuni olduğuna dair hüquqşünasların rəyindən sonra qəbul edib.

Buş həmçinin bildirib ki, ABŞ hakimiyyəti 11 sentyabr terror aktlarının qarşısını almaq üçün heç nə edə bilməzdi. O, bəyan edib ki, xüsusi xidmət orqanları baş vərəcək terror barədə heç bir məlumata malik olmayıb.

477 səhifəlik memuarlar 14 fəsildən ibarətdir. Burada o, spirtli içkiləri necə atmasından, iqtisadi böhranın mənbələrindən yazıb. Həmçinin keçmiş prezident “Katrina”qasırğası zamanı aparlan xilasetmə əməliyyatı barədə təfəərüatı ilə qələmə alıb. Kitabda Buş özünün prezidnet Barak Obama və Con Makkeynlə əlaqələri barəsində də danışıb.

Corc Buş həmçinin prezident olduğu dönəmdə beynəlxalq münasibətlərə toxunub və  ABŞ-ın bir sıra regional münaqişələrdəki mövqeyi barədə xatirələrini bölüşüb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə