Modern.az

Azərbaycanda işləmiş sabiq səfir Avstriyanı qarışdırdı..

Azərbaycanda işləmiş sabiq səfir Avstriyanı qarışdırdı..

10 Noyabr 2010, 14:53

Türkiyənin Vyanadakı səfiri Qədri Ecvet Tezcan Avstriyanın əcnəbilərlər bağlı siyasətini tənqid etdiyinə görə, bu ölkədə sərt reaksiyayla qarşılaşıb. Modern.az “Hürriyət”ə istinadla xəbər verir ki, səfir Tezcan Avstriya Xarici İşlər Nazirliyinə çağırılarkən irqçi partiya FPÖ Türkiyə ilə diplomatik əlaqələrin dərhal kəsilməsini tələb edib.

Qedy edək ki, Qədri Ecvet Tezcan Avstriyanın gündəlik “Die Presse” adlı qəzetinə verdiyi müsahibədə Avstriyanın əcnəbilərə istiqamətli siyasətini tənqid edərək, ölkədəki ttürklərin gettolaşmaya məcbur edildiyini söyləyib. Səfir Tezcanın müsahibəsindən sonra ona sart təpkilər başlatıb.

Həmin müsahibədə Avstriya hökumətinin immiqrantlara qarşı yanaşmasını tənqid edən Tezcan "türklər Vyanada iqamətgah üçün müraciət etdiyində həmişə eyni məhəlləyə göndərilirlər” deyib.

"Madam gettolaştıracaqtınız niyə 110 min türkə Avstriya vətəndaşlığı verdiniz" deyən Tezcan, "Avstriyanın problemi nə anlamıram. Digərləriylə yaşamağı öyrənmək məcburiyyətindəsiniz" ifadəsini işlədib.

Türk səfir qaçaq immiqrantlar mövzusundakı sərt mövqeyi ilə tanınan daxili işlər naziri Maria Fekterin fəaliyyətini də tənqid edib.

Səfir Tezcan “Die Presse”yə verdiyi müsahibədən sonra bu ölkənin xarici işlər nazirliyinə çağırılıb və ona etiraz edilib.

Qeyd edək ki, Qədri Ecvet Tezcan əvvəllər Türkiyənin Azərbaycandakı səfiri postunda da çalışıb.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə