Modern.az

Azərbaycanlı jurnalıistlər Şimali Kiprə gedirlər...

Azərbaycanlı jurnalıistlər Şimali Kiprə gedirlər...

10 Noyabr 2010, 15:58

Azərbaycan media nümayəndələrinin Şimali Kipr Türk Cumhuriyyətinə səfərləri başlayır. Azərbaycan Mətbuat Şurasının Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə yardımı ilə reallaşdırdığı «Beynəlxalq media təcrübəsinin öyrənilməsi və tətbiqi» layihə çərçivəsində baş tutan səfər noyabrın 10-dan 16-dək davam edəcək.

Ölkəmizin media təmsilçiləri Şimali Kipr Türk Cumhuriyyətdə ictimai-siyasi xadimlərlə, yerli jurnalistlərlə görüşlər keçirəcək, kütləvi informasiya vasitələrinin iş təcrübəsi ilə yaxından tanış olacaqlar. Səfər çərçivəsində həmçinin buradakı ali təhsil ocaqlarında jurnalistikanın tədrisi vəziyyətinin öyrənilməsinə də xüsusi diqqət yetiriləcək.

Səfərə  yollanan nümayəndə heyətinə Əflatun Amaşov, Aqil Camal, Elçin Şıxlı, Müşfiq Ələsgərli, Vüqar Səfərli , Hikmət Babaoğlu, Bəhruz Əsgərov və digərləri (ümumilikdə 15 nəfər) daxildir.

Qeyd edək ki, Şuranın mövcud layihəsi çərçivsində Azərbaycan media nümayəndələrinin Türkiyəyə də səfəri təşkil edilib.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə