Bakı şəhəri Nəsimi rayonu ərazisində yerləşən A.T.Abbasov adına şəhər Onkoloji Dispanserinin fəaliyyəti bir ay bundan əvvəl dayandırılıb. Qeyd edək ki, Səhiyyə Nazirliyi dispanser əməkdaşlarının diğər xəstəxanalarda işlə təmin ediləcəyi barədə aşıqlama da yaymışdı.
Məsələnin nə yerdə olduğunu öyrənmək üçün Modern.az saytının əməkdaşı Səhiyyə Nazirliyinin mətbuat xidməti ilə əlaqə saxlıyıb. Nazirliyin mətbuat xidmətindən bildiriblər ki, artıq Onkoloji Dispanserin həkimlərinin digər xəstəxanalarda işlə təmin olunması ilə bağlı müraciət olunub. Yerli poliklinikalara və digər xəstəxanalarda məsələ ilə bağlı konkret iş aparılır. Yerləşdirmə prosesi gedir, hələ başa çatmayıb.
Onkoloji Dispanserin sabiq baş həkimi Şahbaz Hənifəyev də saytımıza bildirib ki, artıq həkimlərin digər xəstəxanalarda işlə təmin olunması prosesinə start verilib.
Modern.az