Modern.az

Çində maskalı uşaq doğulub (foto)

Çində maskalı uşaq doğulub (foto)

Təhsil

20 Noyabr 2010, 18:16

Doğuşu qəbul edən həkimlər uşağı görəndə gözlərinə inanmayıblar.Çinin Xunan əyalətində doğulan Syao Xoykan dünyaya üzündə özünəməxsus maska ilə doğulub. Onun anası Liu uşağı görəndə əvvəlcə ağlayıb və həkimlərdən nə baş verdiyini soruşub. Həkimlər bildiriblər ki, əgər istəmirsə, uşağı qoyub gedə bilər. Ana bundan imtina edib. “Tək arzum uşağı sevgi ilə böyütməkdir. Onun normal həyatının olmasını istəyirəm”-deyə ana bildirib.

Uşağın indi 1 yaşı var və özünü əla hiss edir. Həkimlər artıq bu fəsadın səbəblərini müəyyən ediblər. Rentgen şəkilləri göstərib ki, uşağın kəlləsi iki bitişməyən hissədən ibarətdir. İndi uşaq xəstəxanada əməliyyat olunacağı günü gözləyir.


Sizə yeni x var
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə