Modern.az

MSK daha 10 məntəqədə seçkinin nəticələrini ləğv etdi

MSK daha 10 məntəqədə seçkinin nəticələrini ləğv etdi

Təhsil

20 Noyabr 2010, 20:37

Noyabrın 20-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib. MSK mətbuat xitdmətindən Modern.az-a verilən məlumata görə, iclasda 7 noyabr parlament seçkilərinin nəticələrindən şikayətlərə baxılıb.

Müraciətlərdən 4-ü qanunla müəyyən olunmuş şikayətvermə müddəti ötürüldüyündən ərizəçilərin özlərinə geri qaytarılıb, 17-si isə əsassız olduğundan təmin edilməyib. Bundan əlavə, 9 saylı Binəqədi ikinci, 15 saylı Yasamal birinci, 57 saylı Kürdəmir və 107 saylı Qazax seçki dairələri üzrə səsvermənin nəticələrinin ləğv edilməsi ilə bağlı şikayətçilərin müraciətlərinin qismən təmin edilməsi qərara alınıb.

Belə ki, 9 saylı Binəqədi ikinci seçki dairəsi üzrə 7, 8, 10, 21 və 32 nömrəli, 15 saylı Yasamal birinci seçki dairəsi üzrə 21 nömrəli, 57 saylı Kürdəmir seçki dairəsi üzrə 26, 34, 36 nömrəli və 107 saylı Qazax seçki dairəsi üzrə 10, 12, 16, 20 və 21 nömrəli seçki məntəqələrində seçicilərin iradəsinin müəyyən edilməsi mümkün olmadığından həmin məntəqələrdə keçirilmiş səsvermənin nəticələrinin ləğv edilməsi barədə qərar çıxarılıb.
Komissiyanın iclasında cari məsələlərə də baxılıb. 107 saylı Qazax və 9 saylı Binəqədi ikinci seçki dairələrində deputatlığa namizəd olmuş şəxslərin seçkinin nəticəsinin ləğv olunması ilə bağlı şikayətlərini araşdıran MSK onları qismən təmin edib. Belə ki, 107 saylı Qazax seçki dairəsində 5 və 9 saylı Binəqədi ikinci seçki dairəsində 5 məntəqədə nəticələr etibarsız sayılıb.

Qeyd edək ki, MSK noyabrın 19-da keçirdiyi iclasda 85 saylı seçki dairəsinin 1 və 10 saylı seçki dairəsinin hərəsində bir məntəqə üzrə səsvermənin nəticələrini ləğv etmişdi.

Modern.az

Sizə yeni x var
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə