Almaniya Futbol İttifaqının idman direktoru Matias Zammer millimizin baş məşqçisi Berti Foqtsla münasibətlərinə dair açıqlama verib. Modern.az-ın məlumatına görə, Zammer Almaniya mətbuatınana bildidb ki, bir vaxtlar Almaniya millisinə rəhbərlik edən Foqts bu komandada çıxış edən Almaniya Demokratik Respublikasından olan futbolçuları başa düşmürmüş.
"Məsələ burasındadır ki, o zaman ölkənin şərq və qərb hissəsi ayrı-ayrı dövlər idi. Azad Qərbdə doğulan və böyüyən Foqts ilk əvvəl Şərqi Almaniyadan olan futbolçuları anlamaqda çətinlik çəkirdi. O, qısa bir zamanda bizi komandaya uyğunlaşdırmağa çalışırdı. Məsələn, istəyirdi ki, digər komanda yoldaşlarımızla birgə axşamlar pivə içək. Amma biz bunu qəbul edə bilmirdik. Onunla açıq məsələlər barədə danışmaq istəmirdik. Şərqi almaniyalılar bunu anlaya bilmirdilər. Nəticədə Foqtsun bizə münasibəti birmənalı deyildi. 1993-cü ildə, ABŞ-la keçirdiyimiz yoxlama oyunundan sonra isə hər şey dəyişməyə başladı. Foqts bizi komandaya tam uyğunlaşdıra bildi, bu istiqamətdə ciddi adddımlar atdı. O, tərifə layiqdir» - deyə Zammer vurğulayıb.