Modern.az

“Nurgün Motors” biznes sahəsində Milli Mükafat qazanıb

“Nurgün Motors” biznes sahəsində Milli Mükafat qazanıb

6 Dekabr 2010, 16:02

Avtomobil sektorunda yetərincə yüksək reytinqə malik, əsl yapon keyfiyyətinin daşıyıcısı “NİSSAN” avtomobillərinin Azərbaycanda rəsmi distribütoru “Nurgün Motors”un qazandığı mükafatlar sırasına daha biri əlavə olunub. Şirkət nüfuzlu iqtisadi “Business Time” jurnalının təsis etdiyi “Azeri Business Award – 2010” biznes sahəsində Milli Mükafata layiq görülüb.
“Nurgün Motors”un bu mükafatı “Yüksək keyfiyyət standartları: Avtomobillərin satışı və servisi” nominasiyasında qazanması şirkətin müştəri məmnuniyyətini prioritet olaraq qəbul etdiyini və yüksək dəyər verdiyi müştəri faktoruna yüksək həssaslıqla yanaşdığını onu hər bir daha təsdiqləyir. Qeyd edək ki, müştərilərinə satış və servis sahəsində yüksək səviyyəli xidmət göstərən “Nurgün Motors” 2006-cı ildən beynəlxalq keyfiyyət standartı olan İSO 9001:2000 sertifikatına malikdir və bütün fəaliyyətini beynəlxalq menecment standartları əsasında qurub.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə