Son günlərin gurultulu istefalarına İsa Qəmbərin münasibəti açıqlanacaq
Müsavat Partiyası indilərdə başlanan Divanın iclasında son zamanlar bu qurumda baş verənlərlə bağlı prosesləri gündəliyə çıxarıb. Bu barədə Modern.az-a partiya üzvləri məlumat veriblər. Məlumata görə, partiya funksionerlərinin Müsavat Divanında müzakirəyə çıxardıqları əsas məsələ AXCP ilə birləşmə və bununla bağlı partiyadan olan istefalarlardır.
Hazırda Divanın iclası davam edir.
Xatırladaq ki, Müsavat Divanın üzvü İbrahim İbrahimli və Məclis sədri Sülhəddin Əkbər AXCP ilə birlşəmə məsələsində partiyanın tutduğu siyasətə etiraz olaraq istefa veriblər. Bu son 10 ildə Müsavatda baş vermiş ən gurultulu istefa sayılır.
Modern.az