Modern.az

ABŞ səfirliyində Hafiz Hacıyevin səfərinə xeyir-dua verilib

ABŞ səfirliyində Hafiz Hacıyevin səfərinə xeyir-dua verilib

Təhsil

13 Dekabr 2010, 16:13

Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev dekabrın 13-də ABŞ-ın Azərbaycandakı səfirliyinin siyasi məsələlər üzrə səfiri xanım Bregita Buşet ilə görüşüb.

Partiyanın Mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, səmimi və qarşılıqlı anlaşma şəraitində keçən 1 saat 10 dəqiqəlik görüşdə ölkədə və dünyada baş verən ictimai-siyasi proseslər, noyabrın 7-də keçirilən parlament seçkilərinin nəticələri, söz azadlığı və insan hüquqlarının müdafiəsi və qorunub saxlanması, həmçinin dövlətlərin hazırdakı demokratik durumu müzakirə edilib. Görüşdə MMP sədri Hafiz Hacıyevin bu yaxınlarda ABŞ-a işgüzar səfər edəcəyi də razılaşdırılıb.

Görüşün sonunda MMP sədri ilə Bregita Buşet arasında xüsusi  razılaşma əldə edilib ki, bu cür görüşlər  tez-tez həyata keçirilsin.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə