Modern.az

İlham Əliyev fransız aktyor Jerar Depardyeni qəbul edib

İlham Əliyev fransız aktyor Jerar Depardyeni qəbul edib

Təhsil

13 Dekabr 2010, 19:41

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 13-də məşhur fransız aktyoru Jerar Depardyeni qəbul edib.
Görüşdə Jerar Depardye ölkəmizə səfərindən məmnunluğunu bildirib. O, dünya şöhrətli azərbaycanlı Heydər Əliyevin məzarını ziyarət etdiyini vurğulayıb.
  Prezident Heydər Əliyevin müasir Azərbaycanın dövlət quruculuğundakı müstəsna rolunu qeyd edərək ölkəmizin inkişafı üçün çox böyük işlər gördüyünü bildirib.
Görüşdə Azərbaycanda kinematoqrafiyanın inkişafı ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə