Modern.az

Sabir Rüstəmxanlı: “Parlament müxalifəti dağılmayıb”

Sabir Rüstəmxanlı: “Parlament müxalifəti dağılmayıb”

14 Dekabr 2010, 12:45

Milli Məclisdə olan müxalifət partiyalarının əməkdaşlıq formatı dağılmayıb. Bu barədə Modern.az-a Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, millət vəkili Sabir Rüstəmxanlı son zamanlar mətbuatda parlamentdə olan siyasi partiyaların əlaqələrinin pozulması ilə bağlı gedən məlumatları şərh edərkən deyib.  

Onun sözlərinə görə, Dünya Azərbaycanlıları Konqresinin qurultayında iştirakı etməsisi səbəbindən bu müzakirələr bir qədər səngiyib.
“Bizim parlamentdə olan partiyalarla razılaşmamız pozulmayıb. Onlar quvvədə qalır”-deyə VHP sədri bildirib.

S.Rüstəmxanlının BQP sədri Fazil Mustafanın “müxalifətin birliyi alınmır” açıqlamasına münasibəti isə belə olub.

“Fazil bəyin dediyi adın elə bir fərqi yoxdur. Əsas odur ki, birliyimiz var və bu davam edəcək”.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə