Modern.az

Əli Cankorel və Mirmahmud Mirəlioğlu görüşüblər

Əli Cankorel və Mirmahmud Mirəlioğlu görüşüblər

14 Dekabr 2010, 16:50


ATƏT-in Bakı ofisinin rəhbəri Əli Cankorel bu gün Klassik Xalq Cəbhəsi Partiyasının mərkəzi qərargahında partiyanın sədri Mirmahmud Mirəlioğlu ilə görüşüb. Görüşdə Azərbaycandakı seçkisonrası vəziyyət, mövcud situasiyadan çıxış yolları, ölkədəki ictimai-siyasi durumla bağlı müzakirələr aparılıb.

Görüşdə həmçinin ATƏT-in Azərbaycanla bağlı siyasəti ətrafında da fikir mübadiləsi aparılıb.  M.Mirəlioğlu müzakirə olunan məsələlərə dair KXCP-nin mövqeyini açıqlayıb.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə