Modern.az

Silvio Berluskoni güclə xilas ola bildi

Silvio Berluskoni güclə xilas ola bildi

14 Dekabr 2010, 19:04

İtaliyanın Baş nazirinə İtaliya parlamentində etimad səsverməsi Silvio Berlusconinin xeyrinə bitib. Beləki cəmi 3 səs üstünlüyü ilə, Silvio Berluskonin parlamentdəki tərəfdarları Baş nazirin karyerasını xilas edə biliblər. İtaliya parlamentində 627 deputatdan 314-ü Berluskonin lehinə səs verib, 311 nəfər əleyhinə səsə verib, 2 nəfər səsvermədə iştrak etməyib.

 

Təhlilçilər qeyd edir ki, qələbə çalınmasına baxmayaraq, keçirilmiş səsvermədən sonra Berluskoni höküməti parlamentdə, gümanki, çətinliklərlə üzləşəcək. Çünki onün höküməti parlamentdə yalnız çox cüzi bir çoxluğa hazırda malikdir.
Bundan əvvəl isə, İtaliyanın Baş naziri Silvio Berlusconi İtaliya senatına deyib ki, onu vəzifəsindən etimad səsverməsi yolu ilə kənarlaşdırmaq səhv olardı.

Sizə yeni x var
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə