Modern.az

Azərbaycandan insan alveri qurbanları olan qadınlar Türkiyə və ərəb ölkələrinə aparılır

Azərbaycandan insan alveri qurbanları olan qadınlar Türkiyə və ərəb ölkələrinə aparılır

Təhsil

15 Dekabr 2010, 11:41

Avropa Şurası ilə Daxili İşlər Nazirliyinin (DİN) İnsan Alverinə Qarşı Mübarizə İdarəsi bu gün Bakıda  "Azərbaycanda insan alveri ilə mübarizə və onun qarşısının alınması" mövzusunda iki günlük seminar təşkil edib.

Seminarda çıxış edən DİN-in İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin rəisi Cavad Şıxəliyev bildidb ki, Azərbaycan insan alverinə qarşı mübarizə sahəsində Avropa Şurası ilə sıx əməkdaşlıq edir. C.Şıxəliyev deyib ki, 2010-cu il ərzində insan alverinə qarşı mübarizə ilə bağlı 70 fakt aşkar edilib. Həmin işlər üzrə 34 nəfər müqəssir şəxs qismində məsuliyyətə cəlb olunub, 34 nəfər insan alveri qurbanı müəyyən edilib.
2010-cu ildə İnsan Alverinə Qarşı Mübarizə İdarəsi tərəfindən qeydə alınan cinayətlərdən bir fakt məcburi əməyə cəlb edilməklə bağlı olub. Üç Azərbaycan vətəndaşı Polşada məcburi əməyə cəlb olunub. Faktla bağlı cinayət işi açılıb, istintaq aparılır.

Avropa Şurası Baş katibliyinin nümayəndəsi Danuta Visnievska deyib ki, Azərbaycan insan alveri ilə bağlı həm mənbə, həm də tranzit ölkədir. O, bildirib ki, Azərbaycandan insan alverinin qurbanları olan qadınlar cinsi istismar üçün əsasən Türkiyə və ərəb ölkələrinə, kişilər isə əməyin istismarı məqsədilə Rusiyaya aparılır. Əsas hədəfin qadınlar olduğunun deyən AŞ nümayəndəsi qeyd edib ki, bəzən qadınların ölkə daxilində də cinsi istismara və dilənçiliyə məruz qalma faktları var. Visnievska bildirib ki, Azərbaycana məhdud sayda insan alveri qurbanları gətirilir.


Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə