Misir Ərəb Respublikasının Luksor şəhərində keçirilən “İnsan alverinə qarşı Beynəlxalq Forum” da iştirak edən millət vəkili Qənirə Paşayeva forum çərçivəsində Belçika şahzadəsi Matilda, BMT-nin keçmiş baş kitabi Butros Qali, ABŞ Dövlət Departamentindən Ümumidünya Qadın Məsələləri üzrə səfir Melanne Verver, CNN televiziyasının əməkdaşı Jim Clansy, Misir parlamentinin senatoru, dünyanın ən qədim kitabxanası olan İsgəndəriyyə kitabxanasının direktoru İsmayıl Seragəldi, tanınmış prodüsser və musiqiçi Dillon Justin ilə görüşüb.
Görüşlər zamanı Azərbaycanla bağlı məlumatlar verilib və fikir mübadiləsi aparılıb.
Qənirə Paşayeva Jim Clansyni və Dillon Justini Azərbaycana dəvət edib. Qeyd edək ki, öz işini başa çatdıran «İnsan alverinə qarşı Beynəlxalq Forum” a dünyanın bir sıra nüfuzlu siyasi və ictimai xadimləri, qeyri-hökumət təşkilatları rəhbərləri, iş adamları, dünyaca məhşur sənətçilər və jurnalistlər qatılıb. Əsas məqsədi transmilli cinayətkarlığa, insanların, xüsusilə qadın və uşaqların təcavüzə və alverə məruz qalmasına qarşı mübarizənin dəstəklənməsi olan beynəlxalq forum Misirin birinci xanımı Suzan Mübarək ilə BMT-nin rəsmilərinin rəhbərliyi ilə keçirilib və Palermo Konvensiyasının 10 illiyinə həsr olunub.
Modern.az