Modern.az

Ötən ay minadan təmizlənən ərazilərin sahəsi AÇIQLANDI

Ötən ay minadan təmizlənən ərazilərin sahəsi AÇIQLANDI

Təhsil

7 Mart 2016, 11:57


2016-cı ilin fevral ayı ərzində 2,378,908 m2 ərazi yoxlanılıb, mina və partlamamış hərbi sursatdan (PHS) təmizlənib.

Bu barədə Modern.az-a Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) məlumat verilib.

Bildirilir ki, 80 ədəd PHS və 1 ədəd tank əleyhinə mina aşkar edilərək zərərsizləşdirilib.

Əməliyyatlarda 507 nəfər əməliyyat heyəti və 125 nəfər inzibati heyət iştirak edir. Həmçinin əməliyyatlarda 6 mexaniki minatəmizləmə maşını və 39 minaaxtaran it iştirak edir.

İndiyədək cəmi 318,680,964 m2 ərazi təmizlənmişdir. Tapılıb zərərsizləşdirilmiş mina və PHS-lərin sayı 715,603-dür.
Agentlik tərəfindən təmizləmə əməliyyatları Abşeron, Ağcabədi, Ağdam, Ağstafa, Füzuli, Gəncə, Goranboy, Tərtər, Tovuz, Samux, Şəmkir və eləcə də Qaradağ rayonu, Güzdək qəsəbəsində davam etdirilir.

2016-cı ilin fevral ayı ərzində mina/PHS hadisəsi qeydə alınmayıb.

Modern.az 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır