Modern.az

Xaricdə təhsil almış 1000-dən çox azərbaycanlı məzun olub

Xaricdə təhsil almış 1000-dən çox azərbaycanlı məzun olub

Təhsil

7 Mart 2016, 16:30

Xaricdə təhsil alıb ölkəyə qayıtmış məzunların hazırda 60 faizi özəl, 40 fazisi isə dövlət sektorunda çalışır. Modern.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetindən verilən məlumatda bildirilib.

 “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil almasına dair” Dövlət proqramı üzrə 2015-ci ildə 373 nəfər, ümumilikdə isə 8 il ərzində 3558 nəfər Azərbaycan vətəndaşı dünyanın aparıcı təhsil müəssisələrində təhsil alıb.

İndiyədək 1000-dən çox tələbə məzun olub..

Dövlət proqramının illər üzrə əhatə müddətinin bitdiyini nəzərə alaraq yeni “2016-2020-ci illərdə Azərbaycan vətəndaşlarının xaricdə təhsili və yerli ali təhsil müəssisələrinin akademik potensialının təkmilləşdirilməsi üzrə Dövlət Proqramı” hazırlanıb. Proqramda xaircdə təhsillə yanaşı, əcnəbi professor-müəllim heyətinin Azərbatyxcanın ali təhsil müəssisələrində tədrisə cəlb olunması, onların iştirakı ilə birgə eli-tədqiqatların aparılması kimi yeni məqsədlər nəzərdə tutub.

Aytən ZƏHRA

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır