Modern.az

Hansı məsciddə qan verənlər çox olub? (siyahı)

Hansı məsciddə qan verənlər çox olub? (siyahı)

16 Dekabr 2010, 17:41

16 dekabrda Səhiyyə Nazirliyinin və Qafqaz Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə Aşura günü ilə əlaqədar qana ehtiyacı olan xəstələrə yardım məqsədi ilə könüllü qanvermə aksiyaları keçirilir.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, bu gün səhər 9.00-dan başlayan qanvermə aksiyalarında yüzlərlə könüllü qan verib. Hələ saat 11:40 olan məlumata görə Bakı şəhərindəki
«Mir-Mövsüm ağa» məscidində 172 nəfər,

«Təzə pir» məscidində-312 nəfər,

“Bibi-Heybət”məscidində -312 nəfər

«Qaraçuxur» məscidində - 65 nəfər,

«Cümə»məscidində -76 nəfər,

“Soltan-Əli” məscidində - 81 nəfər,

Mərkəzi Qan Bankında - 240 nəfər,

Sumqayıt məscidində - 109 nəfər qan verin.

Bundan başqa bölgələrdə də qanvermə aksiyaları olub:

Gəncə İmamzadə məscidində - 65 nəfər,

Lənkəran məscidində - 69 nəfər,

Şirvan məscidində -25 nəfər,

Mingəçevir məscidində - 12 nəfər,

Şəki məscidində - 20 nəfər,

Bərdə məscidində -26 nəfər,

Quba məscidində -24 nəfər.

Ümumilikdə isə 1022 nəfər könülü qan verib.

Tədarük olunan qan və qandan hazırlanan preparatlardan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan bütün xəstələrin müalicəsində istifadə olunacaq. Könüllü qanvermə aksiyaları Məhərrəmlik ayı boyunca davam edəcək.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə