Modern.az

Səhiyyə Nazirliyində Apellyasiya Şurası yaradılıb

Səhiyyə Nazirliyində Apellyasiya Şurası yaradılıb

Təhsil

7 Mart 2016, 16:56

Nazirliyin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, Apellyasiya Şurasının ilk iclası keçirilmiş, kollegial orqanın fəaliyyət istiqamətləri və təşkilatı məsələlər müzakirə edilib.

Tərkibinə Səhiyyə Nazirliyinin məsul şəxsləri daxil olan Apellyasiya Şurası sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslər tərəfindən özlərinin sahibkarlıq fəaliyyəti ilə bağlı verilən təkrar şikayətlərə baxan kollegial orqandır.

Səhiyyə Nazirliyində Şuranın yaradılması şikayətlərə baxılma sahəsində şəffaflığın və obyektivliyin, həmçinin sahibkarların hüquqlarının və qanuni maraqlarının müdafiəsi məsələlərinə diqqətin daha da artırılmasına xidmət edəcək.

Aytən ZƏHRA

Sizə yeni x var
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır