Modern.az

Prezident Maştağa-Bilgəh yolunun tikintisinə pul ayırdı

Prezident Maştağa-Bilgəh yolunun tikintisinə pul ayırdı

Təhsil

7 Mart 2016, 18:24


Azərbaycan prezidenti İlham Əliyev Bakı şəhəri Sabunçu rayonunun Maştağa-Bilgəh avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncamla 63 min nəfər əhalinin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirən Maştağa-Bilgəh avtomobil yolunun tikintisi məqsədi ilə dövlət büdcəsində “Avtomobil Yolları” Məqsədli Büdcə Fondunda nəzərdə tutulmuş vəsaitdən 2,5 milyon manat ayrılıb.

Maliyyə Nazirliyinə müvafiq məbləğdə maliyyələşməni, “Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinə isə tikinti işlərini təmin etmək tapşırılıb.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır