Modern.az

Kredit borcuna görə adam bıçaqladı – Siyəzəndə

Kredit borcuna görə adam bıçaqladı – Siyəzəndə

8 Mart 2016, 12:48

Siyəzən rayonunda martın 7-də bıçaqlanma hadisəsi baş verib.

Modern.az-ın APA-ya istinadən məlumatına görə, rayon sakini 40 yaşlı Rafael Hüseynov müxtəlif bədən xəsarətləri ilə Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdirilib.

Ona döş qəfəsinin sol yarısının kəsilmiş-deşilmiş yaralanması diaqnozu qoyulub.

Xəsarət alan şəxsin ailə üzvlərinin bildirdiyinə görə, hadisəni qonşuları törədib.

Belə ki, R. Hüseynovun bacısı hadisəni törədən şəxs üçün bankda zamin durub. Həmin şəxs banka olan borcunu ödəmədiyinə görə borcu xəsarət alan şəxsin bacısı ödəməli olub.

R Hüseynov da qonşusunun evinə gedərək borcunu ödəməsini bildirib. Bank kreditini ödəməyəcəyini bildirən qonşu onu bıçaqlayıb. Hazırda xəsarət alan şəxs evə buraxılıb.

Faktla bağlı araşdırma aparılır.

Modern.az

 
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır