Modern.az

Hansı ölkədə qadınlar kosmetikaya daha çox pul xərcləyirlər?

Hansı ölkədə qadınlar kosmetikaya daha çox pul xərcləyirlər?

8 Mart 2016, 15:42


Tanınmış iqtisadçı Vüqar Bayramov 8 mart Qadınlar günündə maralı statistia açıqlayıb. Modern.az saytının məlumatına görə, bu statistika qadınların ilboyu kosmetikaya nə qədər vəsait xərclədiyini əks etdirir.

“Dünyada orta hesabla bir xanım həyatı boyunca kosmetika üçün 15 min dollar xərcləyir. Nə qədər qəribə olsa da Səduiyyə Ərəbistanında yaşayan qadın orta hesabla kosmetikaya ildə 3200 dollar xərcləyir. Bu bir səudiyyəli xanım üçün ömürü boyunca 130 min dollardan artıq xərc deməkdir və dünya üzrə orta göstəricidən 9 dəfə çoxdur.
Başqa bir qəribəlik Böyük Britaniya ilə bağlıdır. İngilis xanımlar kosmetika üçün 203 min dollar ayırmaqla ən xərcli qadınlar siyahısındadır.
İl ərzində kosmetikaya 280 milyon dollar xərcləyən bütün Azərbaycan xanımları da bəzənməyə çox pul sərf edənlərdəndir.

Yalnız Amerika Birləşmiş Ştatlarında kosmetika sənayesinin illik gəliri 62.5 milyard dollardır. Bu dünya kosmetika sənayesinin 33.8 faizi deməkdir. Dünya kitab sənayesinin illik gəliri isə cəmi 7 milyard dollardır. Yəni, kitab sənayesinin gəlirləri kosmetika sektorunun qazancından 27 dəfə azdır.

Əminəm ki, məhz Azərbaycan xanımı kosmetikaya deyil, o kitablara üstünlük verəcək. Razılaşaq ki, bizim xanımların gözəl görsənməsi üçün kosmetikaya ehtiyacı yoxdur. İnanıram ki, xanımlara cəmiyyətdə bərabər hüququ onların biliyi və dünyagörüşü, yəni, kosmetika deyil, məhz kitab verəcək. Savadlı xanım daha çox hüquqlu xanımdır”.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır