Modern.az

Prezident Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrlərini qəbul edib

Prezident Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrlərini qəbul edib

Təhsil

8 Mart 2016, 18:21


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 8-də Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrləri, Latviya Respublikasının keçmiş Prezidenti xanım Vayra Vike-Freyberqanı və Misirin İsgəndəriyyə Kitabxanasının direktoru İsmail Serageldini qəbul edib.

Görüşdə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin keçirdiyi Qlobal Bakı Forumunun beynəlxalq əhəmiyyətindən danışıldı. Forumun ənənəvi olaraq hər il yüksək səviyyədə təşkil edildiyi bildirildi. Qlobal Bakı Forumunun ildən-ilə genişləndiyi və tədbirə marağın getdikcə daha da artdığı vurğulandı.

Söhbət zamanı qonaqlar qeyd etdilər ki, Forumun uğur qazanması Prezident İlham Əliyevin nüfuzu, uzaqgörənliyi və dəstəyi sayəsində mümkün olub.

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır