Modern.az

Qənirə Paşayeva Misirdə təhsil alan azərbaycanlı tələbələrə söz verib

Qənirə Paşayeva Misirdə təhsil alan azərbaycanlı tələbələrə söz verib

17 Dekabr 2010, 11:56


Misir Ərəb Respublikasının Luksor şəhərində keçirilən “İnsan alverinə qarşı Beynəlxalq Forum”da iştirak edən millət vəkili Qənirə Paşayeva Qahirədə Misirin və ərəb ölkələrinin ən nüfuzlu təhsil ocaqlarından biri olan Ayn Şams universitetinin rektoru prof. Maqid Eldib ilə görüşüb. Görüş zaman millət vəkili rektor prof. Maqid Eldibə Azərbaycanla bağlı ətraflı məlumat verib, fikir mübadiləsi aparılıb. Görüşdə rektor millət vəkilinə Ayn Şams universitetinin haqqında ətraflı məlumat verib. Misir ilə Azərbaycanın təhsil əlaqələrindən bəhs edən rektor, dövlət xətti ilə azərbaycanlı gənclərin müxtəlif təqaüdlər qazanaraq Misir universitetlərində, o cümlədən Ayn Şams universitetində təhsil aldıqlarını, rəhbərlik etdiyi universitetdə Azərbaycan dilinə böyük maraq göstərildiyini bildirib. Rektor universitetlə Azərbaycanın təhsil ocaqları arasında əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyini də vurğulamışdır  və bu istiqamətdə işlərin surətlənəcəyini deyib.

Millət vəkili Ayn Şəms Universiteti Yaxın Şərq Tədqiqatları və Gələcək Araşdırmalar Mərkəzinin nümayəndə heyətinin dolğun məruzələrlə görkəmli şəxsiyyət Heydər Əliyevin xatirəsinə həsr olunmuş anma mərasimində iştirakını  yüksək qiymətləndirərək rektora öz minnətdarlığını bildirib.
Mərkəzin Azərbaycanla əlaqələri daha da genişləndirmək niyyətini də yüksək qiymətləndən millət vəkili Ayn Şams Universitetinin türk dili və ədəbiyyatı şöbəsində üçüncü və dördüncü kursda oxuyan tələbələrə Azərbaycan dili öyrədilməyə başlanılmasını yüksək qiymətləndirib və rektora təşəkkürünü bildirib. Fənni tədris edən filologiya elmləri üzrə fəlsəfə doktoru Əhməd Sami Elaydinin bir müddət Azərbaycanda yaşadığını və Azərbaycan dilini azərbaycanlılar qədər bildiyini vurğulayan millət vəkili Azərbaycan dilini öyrənən tələbələrin sayının artmasının iki ölkə arasında dostluq münasibətlərinə öz müsbət təsirini göstərəcəyini vurğulayıb.

Görüş zamanı millət vəkili Ayn Şams universitetinin rektoru prof. Maqid Eldibə Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini bu gün də işğal altında saxlamaqda davam etməsi, 15 ildən artıqdır ki, 1 milyon azərbaycanlının öz yurd-yuvasına qayıda bilməməsi, Xocalı soyqırımı, Dağlıq Qarabağ münaqişəsi ətrafındakı bu günkü vəziyyət, Ermənistanın münaqişənin tənzimlənməsi istiqamətində, beynəlxalq təşkilatların qəbul etdiyi qətnamələrin yerinə yetirilməsi istiqamətində heç bir addım atmaması və bölgədə gərgin olan vəziyyəti daha da gərginləşdirməsi ilə bağlı ətraflı məlumat verib. Görüşün sonunda Ayn Şams universitetinin rektoru, prof. Maqid Eldibə Azərbaycanla bağlı xatirə hədiyyəsi və Azərbaycan həqiqətlərini və Mədəniyyətini özündə əks etdirən kitablar və sənədli filmlər hədiyyə edilib.

Millət vəkili Qənirə Paşayeva  universitetin rektoru, prof. Maqid Eldibi Azərbaycana dəvət etmiş, o isə böyük məmuniyyətlə Azərbaycanı görməyə şad olacağını vurğulayıb.

Millət vəkili Qahirəyə səfəri çərçivəsində həmçinin Misirdəki səfirliyimizdə bu ölkədə təhsil alan bir qrup azərbaycanlı tələbələrlə də görüşüb, onlarla fikir mübadiləsi aparıb, problemləri ilə maraqlanıb. Millət  vəkili azərbaycanlı gənclərin təhsil aldıqları universitetlərdə ölkəmizin həqiqətlərinin yayılması, erməni yalanlarının qarşısının alınması və mədəniyyətimizin təbliği istiqamətində fəaliyyətlərini daha artırmalarının vacibliyini vurğulayıb və bu istiqamətdə tələbələrlə fikir mübadiləsi aparılıb. Millət vəkili tələbə təşkilatının onlara Azərbaycan həqiqətləri, mədəniyyətimizlə bağlı kitablar, fimllər, materiallarla kömək olunması xahişini müsbət cavablandırmış və onlara bu istiqamətdə dəstək göstərilməsi üçün əlindən gələni edəcəyinə söz verib.



Modern.az 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə