Modern.az

Azərbaycanda yeni seysmik stansiyalar quraşdırılır

Azərbaycanda yeni seysmik stansiyalar quraşdırılır

17 Dekabr 2010, 14:55

Baş direktoru, geologiya-minerologiya elmləri doktoru Qurban Yetirmişli  bildirib ki, 2003-cü ildən başlayaraq respublika ərazisində seysmik monitorinq sisteminin yenidən qurulması və seysmik araşdırmaların daha da təkmilləşdirilməsinə başlanılıb.
Bu məqsədlə ABŞ-ın «Kinemetrcs» şirkətindən alinmış telemetrik - peyk rabitə kanallı seysmik stansiyaların quraşdırılıb istifadəyə verilməsi prosesi davam edir. Artıq 25 telemetrik seysmik stansiyanin işlədiyini bildirən baş direktor hazırda yeni iki stansiyada  - Qobustan və Qəbələdə aparılan tikinti-quraşdırma işlərinin yekunlaşmaq ərəfəsində olduğunu deyib.
Q.Yetirmişli yeni stansiyaların tikinti-quraşdırma işlərinin gələn il də davam edəcəyini, Naxçıvan Muxtar Respublikasında (Ordubad və Şahbuz rayonlarında)  iki və Qusar (Həzri) rayonunda bir stansiyanın  quraşdırılacağını  və  bununla da telemetrik - peyk rabitə tipli yeni seysmik stansiyaların sayının 30 - a çatacağını bildirib. Baş direktor həmçinin onu da əlavə edib ki, işğal altında olan rayonlarımız tezliklə azad olunduqdan sonra Kəlbəcər, Ağdam və Cəbrayıl rayonlarında seysmik stansiyalarımız bərpa olunacaq. O, telemetrik - peyk rabitə kanallı seysmik stansiyaların yeni texnologiyalara uygun olduğunu və bu stansiyaların iş prinspi ilə bağlı mərkəzin əməkdaşlarının biliklərinin təkmilləşdirilməsinin işin səmərəliliyinin artırılması baxımından da vacib olduğunu qeyd edib.

Mail Ağaxanov

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə