Modern.az

Azərbaycanlı deputat AŞPA-nı Amerikada təmsil edəcək

Azərbaycanlı deputat  AŞPA-nı Amerikada təmsil edəcək

10 Mart 2016, 20:16

 

Milli Məclisin deputatı, Avropa Şurası Parlament Assambleyasının Miqrasiya, qaçqınlar və məcburi köçkünlər komitəsinin sədri Sahibə Qafarova qurumun Bərabərlik və qeyri-diskriminasiya komitəsinin iclasında iştirak etmək üçün Parisə səfər edib. Modern.az saytı xəbər verir ki, yığıncaqda qadınların ictimai-siyasi həyatda fəallığının artırılması, terrorizmlə mübarizədə qadınların rolu, dini azlıqlarda uşaq və ailə hüquqlarının müdafiəsi, Avropada antisemitizmə qarşı mübarizə  mövzularında müzakirələr aparılacaq.

Millət vəkili müzakirə olunacaq məsələlər barədə fikirlərini açıqlayacaq. Sonra Sahibə Qafarova ABŞ-a yola düşəcək. Millət vəkili AŞPA-nın nümayəndəsi olaraq 14-15 mart tarixlərində Nyu-Yorkda BMT Baş Assambleyasının iclası çərçivəsində keçiriləcək tədbirlərə qatılacaq.

Səfər martın 17-də başa çatacaq.

Modern.az

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır