Modern.az

Güləşçimiz erməni rəqibinə aman vermədi

 Güləşçimiz erməni rəqibinə aman vermədi

10 Mart 2016, 22:59

 

Bu gün Latviyanın paytaxtı Riqada keçirilən güləş üzrə Avropa çempionatında Azərbaycan idmançısı Hacı Əliyev bürünc medal uğrunda döyüşə çıxıb. Modern.az saytı trend-ə istinadən xəbər verir ki, erməni idmançı Valodya Franqulyanla güləşən H.Əliyev rəqibinə aman verməyib - 7:0.

Beləliklə, güləşçilərimiz Avropa çempionatında aktivlərinə daha bir medal yazdırıblar.

Qeyd edək ki, yığmamızın üzvləri iki yarış günündə 1 qızıl, 1 gümüş və 1 bürünc medala sahib olublar. Mariya Stadnik qızıl, Aleksandr Qostiyev gümüş, Yuliya Ratkeviç isə bürünc medal qazanıb. Bu gün daha bir təmsilçimiz Cəbrayıl Həsənov final görüşündə qızıl uğrunda mübarizə aparacaq.  

Modern.az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır